İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması ilə bağlı elektron müraciətlərin tərtib edilməsi” barədə video təlimat hazırlayıb.
FED.az xəbər verir ki, videoçarx ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq elektron ərizənin onlayn qaydada quruma təqdim edilməsinə sərf olunan müddətin müəyyən edilməsi məqsədilə hazırlanıb.