Aktiv ƏDV ödəyicilərinin sayı 13,9 faiz artıb.
1 dekabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 5,2 faiz artaraq 800,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9 faiz artaraq 52,0 min təşkil edib.
Bu barədə Dövlət vergi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5 faiz artıb və 215,7 min olub.