1 noyabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 4,4 faiz artaraq 795 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,7 faiz artaraq 51,5 min təşkil edib.
Əlavə dəyər vergisi üzrə proqnoz 3%-ə yaxın artırılır
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,7 faiz artıb və 214,1 min olub.
1 noyabr 2024-cü il tarixində aktiv vergi ödəyicilərinin 6,5%-ni aktiv ƏDV ödəyiciləri təşkil edib.
2024-cü il yanvar ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 faiz artaraq 761,7 min olmuş, aktiv ƏDV ödəyicilərinin sayı isə 14,4 faiz artmış və 45,7 min təşkil etmişdi. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 2023-cü ilin əvvəlinə nisbətən 8,1 faiz artaraq 204,6 minə çatmışdı.
2024-cü ilin 10 ayı ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 min artıb.