Xəbər verildiyi kimi, Dövləti Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən şirkətlərin siyahısını açıqlayıb.
FED.az xəbər verir ki, siyahıda Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlər, neft və qeyri-neft sektorunun təmsilçiləri, eləcə də dövlət və özəl şirkətlər yer alıblar.
Siyahıya əsasən, qeyri-dövlət və qeyri-neft sektoru arasında ən böyük vergi ödəyicisi «Tabaterra» siqaret istehsalı şirkət olub.
2024-ci ildə «Tabaterra» dövlət büdcəsinə 689,3 milyon manat ödəyib. Bu ölkədəki bütün şirkətlər arasında ikinci ən byöük göstəricidir. Siqaret istehsalçısı 2024-cü ildə ödədiyi verginin məbləğinə görə, yalnız büdcənin əsas «pul kranı»ndan - «Azneft» İstehsalat Birliyindən geri qalır.
Əvəzində, «Tabaterra» bütün banklardan, digər neft şirkətlərindən, gəmiçilik v nəqliyyat şirkətlərindən çox vergi ödəyib.
Müqayisə üçün bildirək ki, «Tabaterra»nın büdcəyə ödədiyi verginin məbləği «Kapitalbank», «Paşa Bank», «Paşa Həyat», «Paşa Sığorta», «Azercell», «Bakcell», «Nar», «Azpetrol», «Azerbaijan Colo-Cola Bottlers» kimi şirkətlərin birlikdə ödədiyi vergidən 100 milyon manat artıqdır.
Qeyd edək ki, ölkənin ən böyük siqaret istehsalı müəssisəsinə sahib olan «Tabaterra», rəsmi açıqlamasına görə, ildə 20 milyard ədəd və ya 1 milyard qutu siqaret istehsal edir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə. 2024-cü ildə ölkədə istehsal qiyməti ilə götürəndə 842 milyon manatlıq, 16 milyard ədəd, və ya 800 milyon qutu siqaret istehsal edilib.
Hazırda «Tabaterra» ölkədə bir sıra tanınmış siqaret markalarının istehsalçısıdır. Bura “”Premier», «X7», «Lincoln», «Kingston», «Argo» brendləri aiddir.
«Tabaterra»nin gəlirlərinin və maliyyə imkanlarının miqyasları bir qədər əvvəl yayılan məlumatlarda da açıqlanmışdı. Belə ki, şirkət Ağdamdakı Sənaye parkında 70 milyon manat investisiya ilə siqaret istehsalı müəssisəsi quracaq. Amma məlumatda diqqəti çəkən məsələ, zavoda yatırılan 70 milyon manatdan daha çox, şirkətin bu müəssisədə işləyəcək əməkdaşları üçün 208 ədəd mənzil alması idi.