“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentində Developer vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 2 il iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
• Biznes və texnologiyanın tələblərini anlamaq bacarığı;
• C#, .NET, ASP.NET, MVC, JavaScript, XML, CSS, JSON üzrə təcrübə mütləqdir;
• Python, Django proqramlaşdırma dillərini bilmək arzuolunandır;
• Windows, SOAP və RESTfull servisləri ilə iş təcrübəsi;
• OOP prinsiplərini yaxşı anlama və tətbiq etmə bacarığı;
• RDBMS, SQL, PLSQL bilikləri;
• Hesabatların hazırlanması;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Rus və İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər.
Əsas vəzifələr:
• Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
• Səliqəli və oxunaqlı kodları yazmaq bacarığı;
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Yazılan servislərin analizi, müşaiyət olunması və xətaların aradan qaldırılması;
• Texniki sənədlərin hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 1-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Developer” qeyd etməyiniz vacibdir.