FED.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" Maliyyə Departamentinə Hesabatlıq üzrə aparıcı/böyük mütəxəssis vəzifəsinə valkansiya elan edir.
Eləcə də bax: "AVICOM” işçi axtarır - VAKANSİYA
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Hesabatlıq sahəsində 3 / 6 il iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F3 (FA), F7 (FM) və ya CIMA BA3, F1 (FRT) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel, MS Powerpoint) bilmək və işində istifadəsini təmin etməsi;
• SQL (orta səviyyədə) biliklərinə malik olması;
• Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikası Mərkəzi Bankına, Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
• İdarəetmə İnformasiya sistemi (MIS) üzrə tələb edilən işlərin aparılması;
• Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;
• Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 12-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hesabatlıq üzrə aparıcı/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.