Dost Agropark
Vergi üzrə kiçik mütəxəssis
Son tarix 21 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların təqdim olunması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Gündəlik əməliyyatların 1 C proqramında uçota alınması;
- Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
- Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə təcrübəsi olması üstünlükdür;
- Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
- Elektron portallarda işləmək bacarığının olması;
- Gömrük bəyannamələri əsasında işləmə bacarığı;
- Vergi qanunvericiliyi üzrə biliklərə sahib olmalı;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli.
İş şəraiti:
- İş vaxtı: 6 günlük iş rejimi;
- Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
- Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi üzrə kiçik mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.01.2023-ci il
Baş mühasib
Son tarix 21 yan 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minumum 3 il təcrübə;
- Analitik düşünmə bacarığı;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- 1 C proqramından yüksək səviyyədə istifadə edə bilməli;
- Problem həlletmə bacarığı.
İş şəraiti:
- İş vaxtı: 6 günlük iş rejimi
- Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
- Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.01.2023-ci il