RICH MEDICAL MMC “Zavod Müdiri” vakansiyası üçün namizəd axtarışındadır:
İş barədə məlumat:
- Müəssisəsinin ümumi istehsal fəaliyyətinin idarə və təşkil edilməsi;
- Müəssisədə gündəlik, həftəlik və aylıq olan əməliyyatların və işlərin planlaşdırılması, icrası və şöbələr arası işlərin hədəflərə uyğun kordinasiya edilməsi;
- Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
- Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
- Müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması və təsdiqlənməsi;
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasının təminatı;
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına, onların hazırlıq səviyyəsinə və təlim ehtiyaclarına daim nəzarət edilməsi;
- Əməkdaşların işləri və iş keyfiyyəti ilə yaxından maraqlanmaq;
- Əməkdaşların iş bacarıqlarının yaxşılaşdırılması istiqamətində davamlı işləmək;
- Müəssisədə işlərin biznes proseslərinə, korporativ etik dəyərlərinə və qaydalarına uyğun olaraq tətbiq olunmasına nəzarət edilməsi;
- Müəssisənin ümumi iş peformansını ölçə bilən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müəssisənin İllik strateji planının hazırlanması və plana nəzarət edilməsi;
- İş qrafiki: Həftənin 6 günü;
- Ünvan: Bakı ş.,Sulutəpə qəsəbəsi;
- Nahar şirkət tərəfindən təmin ediləcək;
- Korporativ nömrə və s. təmin ediləcək.
Namizədə olan tələblər:
- Müvafiq vəzifədə minimum 3-5 illik iş təcrübəsi;
- İstehsal proseslərinin idarə olunması haqqında ətraflı təcrübəyə malik olmaq;
- İstehsal proseslərinin düzgün şəkildə təşkili, effektivliyi və səmərəliliyinə nail olmaq;
- Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq bacarığı;
- Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları;
- Qərar qəbul etmək bacarığı;
- Komanda ilə işləmək, düzgün ünsiyyət qabiliyyəti;
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
- Kompüter bilikləri (Microsoft office proqramları, ERP sistemləri) və biznes idarəçiliyi, istehsalat və strateji planlama qabiliyyətlərinin olması;
- Ali təhsil (Sənaye mühəndisliyi, kimya mühəndisliyi, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- Azərbaycan və İngilis dillərini bilmək.
- Cinsi: Kişi;
- Yaş həddi: 30-38 arası;
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.