Matanat A
Zavod direktoru
Son tarix 13 fev 2026 [email protected]
İşin təsviri:
- Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
- Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
- Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
- Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
- Satınalma ile kordinasiyalı formada ishlemek;
- Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
- Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;
- Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;
- İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək.
- Zavodun ümumi fəaliyyətinə rəhbərlik edir.
- Struktur bölmələrin (istehsal sahələri, şöbələr, laboratoriyalar və s.) işini əlaqələndirir.
- İş proseslərinin düzgün planlaşdırılmasını və resursların səmərəli istifadəsini təmin edir.
- Kadrların işinin təşkili, motivasiyası və intizamının qorunmasına nəzarət edir.
- İstehsal planlarının hazırlanması və icrasına rəhbərlik edir.
- Məhsulun keyfiyyətinə, istehsalın həcminə və xərclərinə nəzarət edir.
- İstehsal proseslərinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqini təşviq edir.
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına cavabdehdir.
- Zavodun büdcəsini, xərclərini və gəlirlərini idarə edir.
- Rentabelliyin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün tədbirlər görür.
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünə nəzarət edi
- Zavodun uzunmüddətli inkişaf strategiyasını müəyyən edir.
- Yeni məhsul növlərinin və bazarların araşdırılmasını təmin edir.
- Rəqabətqabiliyyətliliyin artırılması üçün innovativ həlləri tətbiq edir.
- Tədarükçülər, müştərilər, tərəfdaşlar və dövlət orqanları ilə işgüzar əlaqələr yaradır və saxlayır.
- Müqavilələrin bağlanmasına və icrasına nəzarət edir.
- Zavodu müxtəlif iclas, sərgi və forumlarda təmsil edir.
- Zavodun fəaliyyətinin qanunvericiliyə uyğun aparılmasını təmin edir.
- İşçilərin hüquq və vəzifələrinin qorunmasına nəzarət edir.
- İstehsalatda baş verən hadisələrə və nəticələrə görə məsuliyyət daşıyır.
Tələblər:
- Təhsil: Ali (texniki);
- Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
- Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
- İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;
- AR konsitutsiyasını, Əmək qanunvericiliyini və mülki məcəlləni bilmək üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bakı
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: bazar günü.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.










