Azdizayn Group
Topdan satış təmsilçisi
Son tarix 11 iyl 2022 - [email protected]
Namizədə olan tələblər:
- Bakalvr üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro, Fora);
- Satış bacarığı;
- Təqdimetmə bacarığı,
- Planlama bacarığı,
- Ünsiyyət bacarığı,
- Müştəriyönümlülük
- Yaş həddi 25-35
İş haqqında məlumat:
- Müştərilər tərəfindən gələn sifarişlərin operatora yönləndirilməsi
- Müştəri anbardan sifarişi götürənə qədər həm operator həm də müştəri ilə əlaqələrin təşkil olunması
- Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması
- Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi
- Borc öhdəliklərinə nəzarət edilməsi, borcun yığımının təmin edilməsi
- Borclar yığıldıqdan sonra vəsaitin kassaya təhvil verilməsi
- Ərazilərdə mağazalarda olan şirkət məhsullarına vitrində nəzarət edilməsi
- Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması
- Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi
- Topdan satış müdirinə günlük hesabatların verilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri (şəxsi maşın mütləqdir)
- Əmək haqqı -1200-1500
Vakansiyaya müraciət üçün CV-ləri “Topdan satış təmsilçisi” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Azdizayn Group
Satış müdiri
Son tarix 11 iyl 2022 - [email protected]
Namizədə olan tələblər:
- Bakalavr;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama bacarığı;
- İdarəetmə bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
İş haqqında məlumat:
- Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
- Aylıq satış planlarının gündəlik olaraq bölüşdürülməsi
- Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
- Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
- Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
- Gündəlik satışlarda endirimlərin edilməsi
- Satışı zəif olan məhsullara hədəfin qoyulması
- Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi
- Anbar qalıqlarının satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi
- Qiymət təyini prosesində iştirak edilməsi
- Müştəri debitor borclarının idarə edilməsi
- Çatdırılma zamanı yaranmış problemlərin həll edilməsi
- Vitrinlərin yığılmasının təmin edilməsi
- Operator və sürücülərin işinin düzgün şəkildə koordinasiyasının təmin edilməsi
- Nəqliyyatla bağlı yaranmış problemlərin həll edilməsi və nəqliyyat xərclərinə nəzarət edilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri
- Əmək haqqı 2500 AZN+ (Sabit hissə + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Anbar müdiri
Son tarix 11 iyl 2022 - [email protected]
Vəzifə və öhdəlikləri:
- Anbarın fəaliyyətinin və digər struktur bölmələr ilə qarşılıqlı münasibətini təşkil edilməsi,
- Malları qəbul etdikdən sonra, təchizat şöbəsinə müvafiq sənədləşmə əsasında təhvil verilməsi
- Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması,
- Mərkəzi və şirkətin digər anbarları üzrə vahid sistemlə idarə edilməsinin təşkili,
- Malları qəbul etdikdən sonra, təchizat şöbəsinə müvafiq sənədləşmə əsasında təhvil verilməsi
- Malları anbara qəbul edilməsi, malların qiymətlilərinin sistemə işlənməsi, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan malların və inventarın təcili tapılmasının təşkil edilməsi,
- Müştəridən geri qayıdan malların təkrar sayılması,yoxlanılması və problem olmadığı halda yenidən anbara daxil edilməsi
- Anbara yığılmış malların ünvanlı xanalarda saxlanılmasının, əməliyyatların hesablarının aparılmasının təmin edilməsi,
- Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması,
- Daxil olan sifarişlər əsasında müvafiq anbarlardan mallların mərkəzi anbara vaxtında çatdırılmasının təşkili,
- Rüblük inventarizasiyanın aparılması,
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi,
- Stoka nəzarət edilməsi, stokda hər hansı məhsul azaldığı zaman təchizata məlumat verilməsi
- Anbar sayımının maliyyə mütəxəssisinin iştirakı ilə həyata keçirilməsi (3-6 aydan bir)
- Anbarın hər hansı bölmələrinin müəyyən müddətdən bir sayılması prosesinin təşkil edilməsi
Tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə azı 7 illik təcrübə (tikinti sahəsində 3 il olması mütləqdir);
- Tikinti materialları barədə ətraflı məlumata yiyələnmə;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili səlis;
- MS Office proqramlarını bilməli;
- İdarəetmə bacarığı;
- Fiziki aktiv,
- Məsuliyyətlilik, dürüst və dəqiq
- Hesablama qabiliyyəti,
- Planlama bacarığı
- Komandayla iş
Şərtlər:
- 6 günlük iş qrafiki:
- İş saatları 09:00-18:00 , 09:00-15:00
- Əmək haqqı 2500 AZN (NET)
- Yaş həddi 30-50 arası.
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.