NetTech
Frontend Developer
Son tarix 13 iyl 2022 - [email protected]
Tələb olunan texniki biliklər:
- HTML, CSS və brauzer imkanlarını dərindən başa düşmək
- Javascript - Vue və Nuxt bilikləri
- Client side və Server side bilikləri
- Real-time socket ilə işləmək
- Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı.
- RESTful API ilə işləməyi bacarmaq
- GIT ilə işləyə bilmək
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş haqqında:
- Namizəd yalnız iBoxApp proyekti üzərində çalışacaq.
- Ofis şəhərin mərkəzində yerləşir. Əməkdaşlar üçün hər bir şərait yaradılıb.
- Şirkət tərəfindən Macbook, monitor və lazım olan digər avadanlıqlar təmin edilir
- İş saatları: 1-5 günlər 10:00-19:00
- Əmək haqqı - 1500-2000 AZN (Namizədə uyğun olaraq dəyişir)
- İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır.
Caspian Road
Maliyyə Nəzarətçisi (Tikinti sahəsi üzrə)
Son tarix 13 iyl 2022 - [email protected]
Təsvir:
- Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.)
- Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi
- Aylıq büdcə-fakt analizinin aparılması
- Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması
- Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması
- Layihə üzrə büdcəsinin hazırlanması
- Büdcəyə nəzarətin təmin edilməsi
- Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
- Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması
- Rəhbərlik tərəfindən istənilən digər hesabatların hazırlanması.
Tələblər:
- Bakalavr və ya Magistr - Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat
- İş təcrübəsi : Minimum 3-5 il
- ACCA (üstünlükdür)
- Normal səviyyədə vergi bilikləri
- Analitik düşüncə
- Ms. Office (xüsusilə Excel) - yaxşı səviyyədə
- 1C 8.3 üzrə biliklər
Əmək haqqı: 1500-2000 AZN
Yalnız Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər.
AGRO - WEST DC LLC
Vergi üzrə mühasib
Son tarix 13 iyl 2022 - [email protected]
Əmək haqqı: 2000 azn.
Vəzifəyə olan tələblər:
- Şirkət tərəfindən təqdim olunacaq bütün aylıq, rüblük və illik Rəsmi Vergi hesabatların hazirlanması;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması:
- Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək
Namizədə olan tələblər:
- Cins: Bəy/Xanım;
- Dil biliyi: Rus,İngilis;
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu;
- Müvafiq sahədə 5 il və daha çox aktiv təcrübəsinin olması;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.
Qeyd edilən tələblərə uyğun namizədlərin müraciətləri dəyərləndiriləcək.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Vergi üzrə mühasib" yazaraq e-mail ünvanına göndərə bilərlər.
BSC Consulting & Outsourcing Company
Aparıcı mühasib
Son tarix 13 iyl 2022 - [email protected]
Öhdəliklər:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə uçotunu təşkil etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Elektron Vergi-Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə günü: 09:00-13:00-dək)
- Əmək haqqı 1200-1500 AZN (Müsabiqə əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq 01.07.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
Arsenal Group
E-commerce və CRM üzrə menecer
Son tarix 13 iyl 2022 - [email protected]
Tələblər:
- Mükəmməl rus dili
- E-commrce üzrə biliklər
- Bitrix platformasında işləmə bacarığı
- Bitrix 24 üzrə praktik təcrübə
- Bu sahədə minimum 3 il təcrübə
İş haqqında:
- Şirkətin E-commerce platformasının qurulması və işin təşkili
- Şirkətin CRM proqramının qurulması və işinin aparılması
- Ə/H 1200- 1500 azn ( Müsahibə əsasında dəyişilə bilər)
- Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
- Nahar şirkət tərəfindən verilir.
- İş qrafiki 1-6-cı günlər, 09:00-18:00 .
- İş yeri: Gənclik , Məmməd Araz 56 K (Avropa Qapılarının yanı).