Tam Store
Kiçik Hüquqşünas / Hüquqşünas
Son tarix 09 may 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;
- Müəssisənin fəaliyyətilə bağlı, icarə, alğı-satqı və digər müqavilələrin hazırlanması;
- Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi və s.;
Tələb olunan bilik və bacarıqlar:
- Mülki və Mülki prosessual Məcəllələr üzrə biliklər;
MS Office proqramlarından istifadə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Hüquq sahəsində);
- İş təcrübəsi: min. 1 il (Məhkəmə və icra orqanlarında);
- Azərbaycan dili, (Rus dili və ingilis dili biliyi üstünlükdür) ;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh. Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik Hüquqşünas / Hüquqşünas” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.