FED.az xəbər verir ki, “Yelo Bank” Filial Müdiri vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Filialın cari fəaliyyətinə birbaşa rəhbərlik;
• Filialın müştərilərlə qarşılıqlı münasibətlərinin təşkili və idarə edilməsi;
• Filialda icra olunan proseslərin AR MB normativ sənədlərinə və Bankın daxili qayda və prosedurlarına uyğun icrasının təmini;
• Müştərilərlə imzalanan müxtəlif növ sövdələşmələrin, müqavilələrin müəyyən edilmiş səlahiyyətləri çərçivəsində və ona verilmiş etibranamələr əsasında imzalanması;
• Bankdaxili qayda və prosedurlarla müəyyən edilmiş proseslərdə nəzarət funksiyası;
• Filialın açılması, günün sonunda filial əməliyyatlarının yekunlaşdırılmasına nəzarət və filialın bağlanması;
• Fiial kassasının açılması və bağlanması prosesində qanunvericiliklə müəyyən olunmuş qaydada iştirak;
• Filial gəlirlərinin artmasına dəstək, satış səviyyəsinin artırılması üçün müvafiq şəraitin təmin edilməsi;
• Filial üzrə inzibati məsələlərin həllinin Bankın daxili struktur bölmələri ilə koordinasiyası;
• Filialın müəyyən eidlmiş hədəflərə nail olmasının təmin edilməsi, işçilərin və işçi qruplarının hədəflərə nail olmasına dəstək;
• İşçilərin inkişafı istiqamətində işlərin aparılması;
• İşçilərin əsas fəaliyyət göstəricilərinin (ƏFG) təyin olunması prosesində iştirak və nəticələrin monitorinqi;
• İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, filial dsaxilində iş bölgüsünün aparılması;
• İşçilərin daxili nizam-intizam qaydalarına və etik davranış normalarına, eləcə də aidiyyəti üzrə daxili və xarici normativ sənədlərin tələblərinə riayət etməsinə nəzarət;
• Bankın müxtəlif tədbirləri, təşkil olunmuş görüşlər və digər əlaqəli mənbəələr vasitəsilə alınmış müvafiq məlumatların filialdaxili kommunikasiyası;
• İşçilərin motivasiyası ilə bağlı təkliflərin verilməsi və icrası prosesində iştirak;
• Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası;
• Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə filialın əməkdaşlarına dəstək, komandadaxili müsbət abu-havanın və şəffaflığın təmini;
• Struktur bölmənin / Bankın xidmət keyfiyyətinin və bilik səviyyəsinin artırılması, qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə təşkil olunan tədbirlərdə iştirak;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
• Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
• Filialın funksiyalarına daxil olan digər işlərin görülməsi.
Tələblər:
• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Bank sahəsində 3 ildən artıq təcrübə;
• Ali təhsil;
• MS Office proqramları istifadə etmək bacarığı;
• Azərbaycan dili və Rus dilini səlis bilmək, İngilis dili arzuolunandır;
• Komandanı idarə etmək bacarığı, liderlik, motivasiya etmək bacarığı;
• Risklərin dəyərləndirilməsi bacarığı, qərar qəbul etmə bacarığı, problem həll etmə bacarığı;
• Münaqişələrin idarə olunması bacarığı;
• Analitik düşüncə, detallara diqqət;
• Stress altında işləmək bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Yüksək məsuliyyət hissi;
• Vaxtın səmərəli planlaşdırılması;
• Kritik düşüncə;
• Xidmət yönümlülük;
• Düzgünlük;
• Kreativlik və təşəbbüskarlıq, çeviklik və operativlik, məqsədyönümlülük.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Filial müdiri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər