Vakansiyalar

“Yelo Bank” işçi axtarır - VAKANSİYA

“Yelo Bank” işçi axtarır - VAKANSİYA | FED.az
20:01 31 Avq 2020

FED.az xəbər verir ki, Yelo BankMəhsulların və Biznes Proseslərin İdarə Edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

Siz elektron poçtun “mövzu” yerinə “Məhsulların və Biznes Proseslərin İdarə Edilməsi şöbəsi / aparıcı mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Biznes İdarəsindən proseslərin təkmilləşdirilməsi və İdarədən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
• Biznes İdarəsinin biznes proseslərinin təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin hazırlanması;
• Biznes İdarənin proseslərin təkmilləşdirilməsi üzrə layihələrin idarə edilməsi, kredit və qeyri-kredit məhsulların yaradılması üzrə bazar araşdırmanın təşkili və araşdırma əsasında yeni təklifin hazırlanması və aidiyyatı struktur bölmələri ilə razılaşdırıması;
• Biznes İdarənin proseslərin avtomatlaşdırılması məqsədilə İdarədin strateji layihələri üzrə biznes planın təşkili, idarə edilməsi və aidiyyatı struktur bölmələri ilə koordinasiyası;
• Bir başa rəhbərinin tapşırıqlarının yerinə vaxtında və keyfiyyətli yerinə yetirilməsi, daimi və sorğuya əsasən hesabatın təqdim edilməsi.

Tələblər:

• Ali təhsil;
• 2 ildən artıq iş təcrübəsi;
• MS Office (Word, Excel, PowerPoint mütləq), Visio proqramlarından istifadə etmək bacarığı;
• Layihələrin idarə olunması üzrə biliklər;
• Azərbaycan dili, Rus dili üzrə yüksək biliklər, İngilis dili arzuolunandır;
• Analitik düşüncə və yüksək məsuliyyət hissi;
• Ünsiyyət qurma və koordinasiya bacarığı;
• Stress altında işləmək bacarığı;
• Vaxtın səmərəli planlaşdırılması və idarə olunması;
• Çeviklik və operativlik. İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Digər xəbərlər

Banner