FED.az xəbər verir ki, “Yelo Bank” (Nikoil Bank) Məlumat mərkəzi (Rəqəmsal) - kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Bank Respublika" işçi axtarır - VAKANSİYA
Region: Bakı
Öhdəliklər:
• Müştərilər tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanmış müraciətlərin cavablandırılması
• Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
• Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
• Daxil olan müraciətlər zamanı satışın həyata keçirilməsi və təyin olunmuş hədəflərin icrası
• Aylıq müvafiq hesabatların hazırlanması
Tələblər:
• Ali təhsil
• Səlis Azərbaycan dili biliyi, Rus dilində yüksək yazı bacarığı, İngilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.