FED.az xəbər verir ki, “Yelo Bank” əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Bank Respublika” işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Əsas vəsaitlərin hesablar planına uyğun muhasibat uçotunun aparılması:
Əsas vəsaitlərin balansa götürülməsi
Əsas vəsaitlərin balansdan silinməsi
Əsas vəsaitlərin amortizasiyasıın hesablanması
Təhvil-təslim aktlarının və müxtəlif sənədləşmə işlərinin icrası
• Əsas vəsaitlərin vergi uçotunun aparılması:
Əsas vəsaitlərin vergi uçotuna salınması
Əsas vəsaitlərin vergi uçotundan silinməsi
Əsas vəsaitlərin vergi amortizasiyasının hesablanmsı
Əmlak vergisinin hesablanması
Əsas vəsaitlərlə bağlı Vergi hesabatlarının və bəyannamələrinin hazırlanması
• Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya aktına uyğun işlərin icrası
• Əsas vəsaitlərin yoxlanılması aktlarının icrası
• Əsas vəsaitlərin struktur bölmələr və əməkdaşlar üzrə uçotunun aparılması
• Bankın müxtəlif struktur bölmələrində, filial və şöbələrində baş tutan təhvil-təslim işlərində iştirak
• Əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması layihələrində yüksək səviyyədə iştirak
Tələblər:
• Müvafiq sahədə ali təhsil
• Hesabat planı, əsas müxabirləşmələr və əsas mühasibatlıq prinsiplərini bilmək
• Komandada işləmək bacarığı və stressə dözümlülük
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Yüksək Azərbaycan dili bilikləri
• Rus və ingilis dili bilikləri arzuolunandır
• Müvafiq sahədə minimum 3 il təcrübə
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə - Aparıcı mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.