FED.az xəbər verir ki, “Yelo Bank” Pərakəndə risklərin idarəedilməsi departamentinin Pərakəndə kredit riskləri şöbəsinin (underwriting) mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Kredit sifarişlərin anderraytinqi – kredit bölmələrindən, müştəridən, Bankın icrasında olan və açıq mənbələrdən alınmış məlumatın təhlili və yoxlanılması ilə borc alanın maliyyə vəziyyəti haqqında əsaslı fikrin formalaşması, və Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət səviyyəsinə müvafiq, müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak, həmçinin Kollegial orqanlarının iclaslarında iştirak
• Tarixi sifarişlər üzrə Bankın gəlirliliyinin optimallaşdırmasını müəyyən etmək məqsədilə qəbul edilmiş qərarların təhlili
• Korporativ biznes müştərilərin sifarişləri üzrə Mərkəzi kredit reyestri ilə (MKR) qarşılıqlı əlaqənin qurulması
• Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların reallaşdırmasının tətbiqinə və keyfiyyətinə nəzarət
• Bankın kredit portfelinin analizin nəticələrinə dair məlumatın/hesabatın yığımı və təqdim edilməsi
Tələblər:
• Ali iqtisadi/riyazi təhsil
• Bankda risklərin idarə edilməsi/kredit sahəsində ən azı 1 il iş təcrübəsi
• Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə
• Analitik qabiliyyət və işgüzar fəallıq
• Komandada işləmək bacarığı
• MS Word və MS Powerpoint proqramlarını mükəmməl bilmək
• Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək
Biz Sizə nə təklif edirik:
• Layihələrin yazılması və hazırlanması prosesində iştirak;
• Müasir texnologiya və metodologiya ilə işləmə şəraiti;
• Müasir və çevik metodologiyaların əldə olunması (Scrum, Agile);
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.
Namizədlər elektron poçtun “mövzu” yerinə Pərakəndə risklərin idarəedilməsi departamentinin Pərakəndə kredit riskləri şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi (underwriting) qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.