Banner

Vakansiyalar

"Yelo Bank" işçi axtarır - VAKANSİYA

"Yelo Bank" işçi axtarır - VAKANSİYA | FED.az
20:01 27 Dek 2019

FED.az xəbər verir ki, "Yelo Bank" Mikro kreditlər üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Region: Bakı, Sumqayıt, Bərdə, Lənkəran

Eləcə də bax: "Rabitəbank" işçi axtarır - VAKANSİYA

Tələblər:

• Ali təhsil (iqtisadiyyat və maliyyə təhsili olan namizədə üstünlük verilir)
• Mikro kreditlәrlә iş sahәsindә minimum 3 il tәcrübә
• Analitik düşüncә
• Әla ünsiyyәt qurma vә komandanı idarə etmək bacarığı

Öhdəlikləri:

• Mikro kredit mәhsullarının satışı prosesinin keyfiyyәtli şәkildә tәşkili vә icra olunmasına nәzarәt etmək
• Mikro kredit mәhsulları üzrә mövcud il üçün tәsdiqlәnmiş vә Bankın büdcә planında nәzәrdә tutulmuş satış planlarının hәyata keçirilmәsinә nәzarәt etmək
• Direkt marketinq işlərinin təşkili və potensial müştərilərin banka cəlb edilməsinə nəzarət etmək
• Filialda mikro kredit sahәsindә çalışan qrup әmәkdaşlarının kredit portfelinin tәhlili vә nәzarәti

Namizədlərimiz elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Digər xəbərlər

Banner