FED.az xəbər verir ki, "YapiKredi Bank" Plastik Kartlar Əməliyyatları departamenti/Plastik Kartların Mühasibatlığı üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Nurgun Holding" işçi axtarır - VAKANSİYA
Vəzifəyə olan tələblər :
• Ali təhsil (iqtisadi təhsili olması daha məqsədə uyğundur);
• Mükəmməl Azərbaycan dili, İngilis dili
• MS Office proqramında işləyə bilmək bacarığı, xüsusən yaxşı Excel bilikləri
Əsas iş funksiyaları:
• Yerli qanunvericilik tələblərinə və bank daxili qaydalara uyğun tələb olunan hesabatları hazırlamaq və təqdim etmək;
• Müxabirləşmə zamanı istifadə olunan hesabların qalıqlarına nəzarət etmək;
• Alternativ xidmət kanalları vasitəsi ilə həyata keçirilən hesablaşmaların yoxlanılması;
• Beynəlxalq ödəniş sistemləri/Banklar arası kart mərkəzinin qaydalarını izləmək və həmin qaydalara əsasən proseslərin həyata keçirilməsini təmin etmək;
• Beynəlxalq ödəniş sistemləri standartlarına uyğun bank ilə ödəniş sistemləri arasında müxabirləşmənin və hesablaşmanın həyata keçirilməsi;
• Ödəniş kartlarına dair layihələrin həyata keçirilməsi zamanı sistem infrastrukturuna uyğun tələbləri müəyyən etmək eyni zamanda test nəticələrinin doğru şəkildə reallaşmasını təmin etmək;
• Filiallardan və aidiyyatı bölümlərdən daxil olan istək və müraciətlərini yüksək səviyyədə yerinə yetirmək.
CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.