"Yapı Kredi Bank" proseslərin idarə edilməsi üzrə vakansiya elan edir. FED.az xəbər verir ki, namizədlərə dair tələblər aşağıdakı kimidir:
Proseslərin idarəedilməsi üzrə əməkdaş
Tələblər:
- Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
- İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
- İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
- Ofis proqramlarında işləmək bacarığı;
- Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
- Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək.
Cavabdehlik:
- Bankın iş axışlarının sənədləşdirilməsi;
- Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;
- İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
- Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
- Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
- Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini müəyyənləşdirmək;
- Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /
silmək, səlahiyyət qrupu yaratmaq / dəyiştirmək / silmək
CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.