Embassy of the Kingdom of Morocco Baku
Səfirlik Sürücüsü
Son tarix 10 iyn 2024 - [email protected]
Mərakeş Səfirliyi tam ştatlı Sürücü vəzifəsinə işçi qəbulunu elan edir. Namizəddən Səfirliyə məxsus nəqliyyat vasitələrini idarə etmək, Səfirliyin inzibati binası və iqamətgahında digər texniki və inzibati işlərin yerinə yetirilməsi, həmçinin Səfirliyin gündəlik işində iştirak etməsi gözlənilir.
Əsas tələblər:
- Qüvvədə olan sürücülük vəsiqəsi;
- İngilis dilində danışmaq bacarığı;
- Məhkumluğun olmaması;
- İşəgötürmə proseduru və ümumi şərtlər:
- Uğurlu namizədlər müqavilə əsasında işə götürüləcək və iş yeri Mərakeş Krallığının Azərbaycandakı Səfirliyində yerləşəcək;
- Vəzifə üzrə əmək haqqı aylıq vergi və digər rüsumlar xaric 830 AZN təşkil edir;
- Maaşlar birbaşa bank hesabına ödənilir;
- İl ərzində 30 təqvim günü məzuniyyət təmin edilir.
Müraciət etmək üçün qaydalar:
CV və motivasiya məktubu email ünvanına “Mövzu” hissəsində “Səfirliyin Sürücüsü” qeyd etməklə göndərilməlidir.
Müraciətlər 10 iyun 2024-cü il tarixinə qədər qəbul ediləcək.
Seçim prosesi:
Qəbul edilən ərizələrin sayından asılı olaraq yuxarıdakı Əsas Tələblərə əsasən müsahibəyə dəvət etmək üçün yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.
Nəzərə alınmalıdır ki, yalnış məlumatlara olunan müraciətlət diskvalifikasiya ilə nəticələnəcək.
İşçiyə dair əlavə tələblər:
- Qüvvədə olan sürücülük vəsiqəsi hər zaman üzərində olmalıdır;
- Təlimatlara uyğun olaraq müxtəlif sənədlərin, şəxslərin, əşyaların və s. lazımı ünvana çatdırılması;
- Səfir, Səfirlik əməkdaşlarının görüşlərə, işlə əlaqədar gediləcək məkanlara çatdırılması, o cümlədən, zərurət olduqda iş vaxtında sonra, gecə və həftə sonları qeyd olunan işlərin icrası;
- Təhkim olunmuş avtomobillərin daxili və xaricinin təmiz saxlanılması, salonlarda tütün vasitələrindən istifadə edilməməsi və digərləri tərəfindən istifadəsinin qarşısının alınması
- Avtomobilə müntəzəm şəkildə texniki qulluq göstərilməsi;
- Diqər tapşırıqların yerinə yetirilməsi.
Ümumi Davranış qaydaları:
- Səliqəli geyim və xarici görünüş, sürücülük zamanı pencək və qalstukun taxılması.
- Həmkarları ilə, həmçinin sürücülük zamanı digər şəxslərlə nəzakətli davranmaq.
- Sutkanın istənilən vaxtı tapşırıqların icrası üçün hazır olmaq.