FED.az xəbər verir ki, "VTB Bank" Korporativ satışlar üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Bank Respublika” işçi axtarır - VAKANSİYA
Vəzifələri:
• yuxarı alt seqmentin korporativ müştərilərinin axtarışı və cəlb edilməsi;
• çarpaz satışların həyata keçirilməsi;
• bank məhsullarının və xidmətlərinin tam çeşidinin təqdim edilməsinə uyğun olaraq, "bir pəncərə" prinsipi ilə yuxarı alt seqmentin korporativ müştəriləri üçün xidmətlərin təşkili. Müştəriylə əks əlaqənin yaradılması;
• yuxarı alt seqmentin korporativ müştərilərinin müştəri bazasının formalaşdırılması və inkişafı;
• satış kanallarının müəyyənləşdirilməsi, inkişafın təmin edilməsi və hər kanalın kontekstində səmərəliliyin artırılması;
• potensial müştəriləri cəlb etmək üçün təqdimatların və digər tədbirlərin hazırlanması;
• Bankın fərdi tariflərinin təqdim edilməsi məqsədi ilə yuxarı altseqmentin korporativ müştəriləri üçün sədaqət proqramlarının yaradılması və onların təhlili, bu məsələlərin Bankın İdarə Heyəti və ya digər məsul şəxsləri tərəfindən baxılması üçün təşəbbüs göstərilməsi;
• yuxarı alt seqmentin korporativ müştərilərinə təqdim olunan kredit və digər məhsullar üçün effektiv tarif və faiz dərəcəsi siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak;
• yuxarı alt seqmentin korporativ biznes məhsulları şərtləri üzrə əsas rəqiblərinin bazar təhlilinin və monitorinqinin aparılması, mövcud xidmətlər və məhsullarda dəyişikliklərin edilməsi;
• korporativ müştərilərin istəkləri nəzərə alınaraq yeni məhsulların inkişafı üçün təkliflərin verilməsi;
Peşəkar bilik və bacarıqlar:
• bank sisteminin quruluşu;
• mövcud avtomatlaşdırılmış bank sistemlərinin funksionallığı;
• ofis işinin əsasları;
• Bankın informasiya mənbələrindən istifadə etmək bacarığı;
• cari və qeyri-standart məsələləri öz səlahiyyətləri daxilində həll etmək, iş vaxtından rasional istifadə və işçilərin iş yükünü düzgün bölüşdürmək bacarığı;
• korporativ müştərilərlə işləmə texnologiyası, danışıqlar aparmaq bacarığı, Bankın məhsulları və tarifləri barədə məlumatlı olmaq;
• rəsmi səlahiyyətlər çərçivəsində işlərin görülməsi, habelə daxili bank qaydaları və Azərbaycan Respublikası Mərkəzi Bankının təlimatları barədə yüksək səviyyədə biliklərə sahib olmaq;
• Azərbaycan, rus və ingilis dilini bilmək;
• istifadəçi səviyyəsində kompüter bacarıqları, proqram məhsulları haqqında məlumat: MS Office.