Veysəloğlu Şirkətlər Qrupu Maliyyə Nəzarətçisi vakansiyasını elan edir.
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
İşin təsviri:
- Aylıq əsasda Bizneslər tərəfindən təqdim edilən hesabatlar üzrə Müşahidə Şurasına təqdimatların hazırlanması;
- Xarici Auditorlar ilə koordinasiya şəklində işləməli və onların audit prosesinin effektiv şəkildə idarə edilməsində yardımçı olmalı;
- Biznesin mühasibatlıq və hesabatlılıq şöbələrinin işləmə prinsipini anlamaq, təqdim edilən maliyyə hesabatları üzərində detallı analiz aparmaq və Maliyyə nəzarətini təmin etmək.
Tələblər:
- Logo (Tiger), MS Excel biliyi. (SAP biliyi üstünlükdür);
- Mühasibat uçotu, Maliyyə və Audit sahəsində ali təhsil;
- Mühasibatlıq və Hesabatvermə sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
- ACCA sertifikatlarına sahib olanlara (F3, F7) üstünlük verilir;
- Pərakəndə satış, distribusiya və istehsalat sektorunda iş təcrübəsi;
- Rus və ingilis dili biliyi arzu olunandır.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Maliyyə Nəzarətçisi” yazmaqla öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.
Şirkət: Veysəloğlu MMC
Vəzifə: Hesablaşmalar üzrə mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Ali iqtisadi təhsil
Vəzifə öhdəlikləri:
• Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
• Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı;
• Vergi və muhasibat uçotunun aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
• Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
• Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
• Debitor və kreditor hesablaşmaların aparılması.
Tələblər:
• Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
• Mühasibatlıq və Vergi bilikləri;
• Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
• Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
• ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür
• Dil biliyi: Azərbaycan, Rus, İngilis
• Yaş həddi: 28-35;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Hesablaşmalar üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Təhlükəsizlik əməkdaşı
Veysəloğlu Şirkətlər Qrupu olaraq təhlükəsizlik komandasına yeni əməkdaşlar axtarırıq. Belə ki, Təhlükəsizlik əməkdaşı vakansiyası hal-hazırda aktivdir.
Vəzifə funksiyaları:
- İş fəaliyyəti zamanı təhlükəsizlik strukturuna aid olan təlimatların tələblərinə riayət etmək;
- Şirkətə daxil olan əməkdaşların və qonaqların yoxlamadan keçirilməsi, qeydiyyatının aparılması və ehtiyac olduqda qonaq kartı ilə təmin edilməsini icra etmək;
- İş fəaliyyəti zamanı yoxlanışdan keçən insan və nəqliyyat vasitələrinin şirkət tərəfindən təyin edilmiş qaydalarda keçidini və qeydiyyatının aparılması proseslərini həyata keçirmək;
- Vəzifə funksiyalarının icrası zamanı şirkət əməkdaşlarından mühafizə, həmçinin təhlükəsizlik prosedur və qaydalarına əməl edilməsini tələb etmək.
Namizədə tələblər:
- Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
- Boy 1,75 sm+;
- Yüksək şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi arzuolunandır;
- Səliqəli və təmiz görünüş.
Maraqlanan namizədlər mövzu hissəsində “Təhlükəsizlik əməkdaşı” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.