Veysəloğlu Şirkətlər Qrupu “Metodologiya və nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir.
Vəzifə funksiyaları:
- Qrupa daxil olan şirkətlər tərəfindən tətbiq edilən siyasət, qayda və prosedurların tətbiqinə nəzarət etmək.
- Xidməti təminat apardığı struktur bölmələrdə kağız və elektron məlumatları yoxlamaq, zərurət yarandıqda həmin məlumatların surətlərini əldə etmək.
- Xidməti təminat apardığı struktur bölmələrdə bütün maliyyə əməliyyat və proseslərini yoxlamaq, zərurət yarandıqda onlara dair müvafiq alt sənədləri tələb etmək Xidməti təminat apardığı struktur bölmələrdə müştəri və ya tədarükçülərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış debitor-kreditor borc qalıqlarına dair üzləşmə aktlarını yoxlamaq.
- Xidməti təminat apardığı struktur bölmələrdə açıq və konfidensial şəkildə bazar araşdırmasını təşkil etmək, mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanmış müqavilələrin Qrupun strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq.
Maraqlanan namizədlər mövzu hissəsində “Metodologiya və nəzarət üzrə mütəxəssis” qeyd etməklə öz CV - lərini [email protected] ünvanına göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu “Hesabat və təhlil üzrə mütəxəssis” vakansiyasını elan edir.
Vəzifə funksiyaları:
- Xidməti təminat apardığı struktur bölmələrdən daxil olmuş və araşdırılmasına zərurət yaranmış ilkin məlumatları qiymətləndirmək, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən məsul əməkdaşa yönləndirmək, icra müddəti təyin etmək və işin gedişatına nəzarət etmək.
- Strukturun iş fəaliyyəti ilə əlaqədar dövrü olaraq hazırlanmış müvafiq hesabatlar və təklifləri üst rəhbərliyə təqdim etmək
- Departament daxili, zərurət yarandıqda isə Qrupa daxil olan digər struktur bölmələr ilə koordinasiyalı iş təşkil etmək
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək, zərurət yarandıqda bazar araşdırması aparmaq, xidməti təqdimatlar göndərmək, birbaşa rəhbərinin qarşısında yeni layihə və təkliflərlə çıxış etmək
Maraqlanan namizədlər mövzu hissəsində “Hesabat və təhlil üzrə mütəxəssis” qeyd etməklə öz CV - lərini [email protected] ünvanına göndərə bilərlər.