Vəzifə: Təchizatçı
İş yeri: Bakı
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 23-35
İşin Təsviri: Şirkətin iş prossesi üçün zəruri olan avadanlıqların təchiz edilməsi
Vəzifə öhdəlikləri:
- Strukturlardan gələn sifarişlərin qəbul və qiymətləndirilməsini aparmaq;
- Sifarişlərin əvvəldən hazırlanaraq stoklanması;
- Tədarükçü şirkətlərlə təchizat müqavilələrin bağlanması;
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına cavabdeh olmaq;
- Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə bələd olmaq;
- Tədarükçülərə ödənişlərin icra olunması, sifarişin qəbulu və müfaviq strukturlara çatdırılması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrası.
Tələblər:
- MS Excel biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizatçı” yazmaqla müraciət edilir.