Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
"PASHA Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə: Xammal və köməkçi materiallar üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 1 il satınalma sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali təhsil
Yaş həddi: 21-35
Cinsi: Qadın
İşin Təsviri: Şirkət adından kommersiya məqsədli xammalların, köməkçi materialların və ehtiyat hissələrinin alınması üzrə fəaliyyəti həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Planlama şöbəsinin xammal və köməkçi material və Mühəndislik Xidməti şöbəsininin ehtiyat hissə və avadanlıq tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq;
- Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək;
- Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq;
- Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək;
- Fəaliyyətinə həvəslə yanaşmaq, yaradıcı, enerjili, intizamlı olmaq, partnyorlarla münasibətdə yüksək ünsiyyətqurma qabiliyyəti nümayiş etdirmək, fəaliyyəti ilə bağlı yeni biliklər və təcrübə toplamaq, sosial təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq;
- Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək;
Tələblər:
- Komanda ilə işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Məsuliyyətli, təmkinli və diqqətli;
- Analitik təhlil və problem həlletmə bacarığı;
- MS Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Xammal və köməkçi materiallar üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.