Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..
Vəzifə: Daxili Nəzarət üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 2 il iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 22-35
İşin Təsviri: Operativ yoxlama, sayım və nəzarət prosesinin idarə olunması
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və nəzarətini təmin etmək;
- İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
-Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirməni təmin etmək;
-İnventarizasiya prosesinin icrası zamanı aşkarlanmış hətta müştərilər ilə yaranmış hər hansı problemlərin araşdırılıb aktlaşdırılmasını təmin etmək ;
- Aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra edilməsini təmin etmək .
Tələblər:
- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil və yaradıcılıq qabiliyyəti;
- Ünsiyyətcil və operativ olmaq;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İqtisadi və hüquqi bilikləri olmalı;
- Rus dili əla,ingilis dili arzuolunandır;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
- İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət üzrə mütəxəssis ” yazmaqla CV göndərərək müraciət edilir.