Vakansiyalar

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA | FED.az
20:19 11 Mart 2020

FED.az xəbər verir ki, "Veysəloğlu Şirkətlər Qrupu" İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: “Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-35

İşin təsviri: Kadr inzibatçılığı və Nizam-intizam məsələləri ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallarn hazırlanması;
- Nizam-intizam məsələləri ilə bağlı struktur rəhbərləri ilə görüşmək;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti ;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi;
- Endirimli tibb xidməti.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə -“İR Əməliyyat mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Digər xəbərlər

Banner