FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu Daxili nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 2-3il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35
İşin Təsviri:
Risklərin qiymətləndirilməsi, maliyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tətbiqini nəzarətdə saxlamaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.
Tələblər:
- Dəqiq və məsuliyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclər ilə qarşılanır;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.