FED.az xəbər verir ki, Veysəloğlu Maliyyə Departament Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: “AtaSığorta” işçi axtarır - VAKANSİYA
İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 5 il.
Təhsil: Ali iqtisadi təhsil.
İşin Təsviri:
Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, investisiyalardakı risklərin qiymətləndirilməsi və bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Vergi, DSMF, Statistika hesabatlarını təqdim edilməsinə nəzarət etmək;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
- Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi.
Tələblər:
- Maliyyə rəhbəri, Maliyyə direktoru və ya bənzər bir vəzifə kimi sübut olunmuş iş təcrübəsi;
- Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
- Liderlik qabiliyyəti;
- Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması;
- Logo Unity proqram biliyinin olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Yanacaq və amortizasiya xərcləri qarşılanır;
- Telefon limiti;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə Departament Direktoru” yazıb CV göndərməklə müraciət edilir.