Vətəndaşların pullarına qənim kəsilən polis Salyan sakinini saxlayıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.