Umico (Competo MMC)
Texniki servis üzrə koordinator
Son tarix 11 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);
- Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət,
- Məhsulların vizual və funksional yoxlamalarını aparmaq;
- Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;
- Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;
- Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;
- Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;
- Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;
- Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;
- Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;
- Şöbə müdirinin digər göstərişlərinin icrası.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı
İş şəraiti:
- Əmək haqqı: 800 Azn
- İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00
Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Vakansiya üzrə cv-lər “Texniki servis üzrə koordinator” sözü qeyd edilməklə elektron poçt adresinə göndərməyiniz xahiş olunur.