Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi şirkətinin AR filialı
Texnik ofis işçisi
Son tarix 03 noy 2023 - [email protected]
İş haqqında məlumat:
- İş yeri - Füzuli rayonu Horadiz kəndi
- 6 günlük iş rejimi
- Yemək şirkət tərəfindən təmin edilir
- Yatacaq yeri ilə təmin edilir (Uzaq rayonlardan, şəhərlərdən gələcək olanlar üçün)
- Mobil telefon və nömrə verilir
- Əmək haqqı net 1250 azn
- Rəsmişləşdirmə mövcuddur.
Öhdəliklər:
- Təhsil: Ali təhsil (bakalavr və ya magistr) mütləqdir. (Xarici ölkədə təhsil alıbsa diplomu təsdiqlənən olmalıdır)
- 1-3 il iş satjı
- Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat);
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq hesabatın hazırlanıb Texnik ofis müdürü və lahiyə rəhbərinə təqdim olunması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
- İnşa olunacaq yol üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə snədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi;
- Yolların layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Tikintisi başa çatmış yolun layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.
Namizədlər, öz cv-lərini Texnik ofis işçisi başlığı ilə aşağıda qeyd olunan mail adresinə göndərə bilərlər.