Türkiyənin bir dünya brendi olan TUDORS əsasən köynək, qalstuk, üst geyim və akesuarları istehsalı və satışı üzrə ixtisaslaşmışdır.
FED.az məlumat verir ki, “Köynək krallığı” sloqanı ilə dünyanın 14 ölkəsində 200-dən artıq mağaza sahib olan marka hər keçən gün fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, 15-ci ölkə olaraq Azərbaycanda ilk Tudors mağazası Metropark AVM-də açılacaqdır. Münasib qiymət, yüksək keyfiyyət devizini seçən markanın Azərbaycanda da qısa müddətdə klassik və şıq geyinməyi sevən bəylərin ilk seçimi olacaqdır.
Tudors Azərbaycan şirkətində karyerasını qurmaq istəyən gənclərimiz üçün vakansiyalarımız mövcuddur. Əgər siz də korporativ mühitdə və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
- Mağaza müdir müavini
İş barədə məlumat
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirilməsinə nəzarət
Müştəriləri mağazada gülərüzlə qarşılamaq və köməklik göstərmək
Satış prosesinin təşkilində mağazanın personalının işini tənzimləmək
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
Həftə içi 1 dəfə istirahət
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Karyerada yüksəliş imkanı
İş qrafiki: Full
Maaş: 500 azn + Bonus və mükafatlar
Namizədə tələblər:
Geyim sahəsində satış təcrübəsi mütləqdir
Müştərilərlə işləmək və satış qabiliyyəti olmalı
Mağazadkı personalın idarə olunması və aylıq hədəflərin müəyyənləşdirilməsi
Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
Azərbaycan dili səlis, rus dili yaxşı, türk dili bilənlərə üstünlük veriləcək
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına mövzu yerində “Mağaza müdir müavini” qeyd etməklə göndərmələri xahiş olunur.
- Satış üzrə mütəxəssis
İş barədə məlumat
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi.
Rəflərdə geyimlərin tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək
Həftə içi 1 dəfə istirahət
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Karyerada yüksəliş imkanı
İş qrafiki: Full
Maaş: 400 azn + Bonus və mükafatlar
Namizədə tələblər
Geyim sahəsində satış təcrübəsi arzu olunandır
Müştərilərlə işləmək və satış qabiliyyəti olmalı
Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı
Azərbaycan dili səlis, rus dili yaxşı bilənlərə üstünlük veriləcək
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
Komandada işləmək bacarığı
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına mövzu yerində “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.