AS İnşaat MMC
Smetaçı mühəndis
Son tarix 28 mar 2024 - [email protected]
Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
- İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
- Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- İş yer: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə.
- Mobil nömrə və Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 2500-3000 AZN
CV-ləri “Smetaçı mühəndis” başlığı ilə göndərməniz xahiş olunur.
Aparıcı-mühasib
Son tarix 28 mar 2024 [email protected]
Yerinə yetirəcəyi işlər:
- Gündəlik əməliyyatların ona aid hissəsini 1C (8.3) proqrama daxil edilməsi;
- Elektron qaimələrinin təqdim olunması;
- Alıcılarla və satıcılarla üzləşmələrin dövrü olaraq aparılması
- Forma 2 və Forma 3 sənədlərinin düzgünlüyünü yoxlamaq
- ƏDV, ÖMV və Vahid bəyannamənin təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması
- Gömrük bəyannamə sənədlərinin düzgün uçotunu aparmaq.
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
Vəzifəyə olan tələblər:
- Maliyyə və mühasibatlıq sahəsində ali təhsil;
- Ən azı 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;
- MS office (xüsusilə excel), 1 C 8.3 və Outlook proqramlarını bilmək;
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Vergi, əmək və gömrük qanunvericilikləri üzrə nəzəri biliklərə sahib olması üstünlükdür;
- Şifahi və yazılı Azərbaycan dilini yüksək səviyyədə bilməli;
- Şəxsi keyfiyyətlər: analitik təhlil bacarıqlı, məsuliyyətli, diqqətli, ünsiyyətcil və çalışqan olmalıdır;
- Komandada işləmək bacarığına malik olmalıdır.
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- İş yer: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə.
- Təminatlar: Mobil nömrə və Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 2500-3000 AZN
CV-ləri e-mail ünvanına “Aparıcı mühasib” başlığı ilə göndərməniz xahiş olunur.