Tikinti firması
Tender üzrə Mütəxəssis
Son tarix 23 mar 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Aconex sistemi üzərindən yazışmaların aparılması və sənədlərin təqdim olunması;
- İş qrafikinin layihənin gedişatına uyğun hər həftə yığılıb təqdim edilməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- Azərbaycan, İngilis və Rus dillərini bilməli
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi
- Əmək haqqı 1500 AZN
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını email ünvanına göndərə bilərlər.