TEXNOMART MAĞAZALAR ŞƏBƏKƏSİ- Baş xəzinədar
Tələblər
• Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
• Xəzinədarlıq sahəsində ən azı 2 il iş təcrübəsi olmalı
• 23-35 yaş həddi ( xanım və ya bəy )
• Azərbaycan dili yaxşı səviyyədə (rus dili biliyi arzu olunandır)
• 1C 8.3-də yüksək səviyyədə işləmək bacarığı olmalı
• İşgüzarlıq, aktivlik və problemləri həll etmək bacarığı olmalı
• İşdə dəqiqlik və detallara diqqətlilik olmalı.
Vəzifələr
• Nağd pulun və bank hesablarının idarə olunması, qalıqlara gündəlik nəzarət və rəhbərliyə məlumat verilməsi.
• Kassa və bank əməliyyatlarının 1C 8.3-də düzgün işlənməsinin yoxlanılması və lazımı düzəlişlərin edilməsi.
• Tabeçilikdə olan işçilərin vəzifələrini lazımı qaydada yerinə yetirməsinə nəzarət edilməsi.
• Tərəfdaş banklar ilə mütəmadi əlaqə və yaranan problemlərin həll edilməsi.
• Bank və kassa əməliyyatlarının sənədləşməsinin düzgün aparılmasına nəzarət edilməsi.
• Kassanın mövcud vəziyyəti haqqında gündəlik və həftəlik hesabatları aidiyyatı struktura təqdim edilməsi.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.