Telekommunikasiya şirkəti Korporativ tənzimləmə üzrə Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.
ƏMƏK HAQQI: 1500 AZN (net).
"Yelo Bank" ASC işçi axtarır - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəlikləri:
• Yeni qaydaların, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
• Müqavilələrə hüquqi rəy verir, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır;
• Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının konstitusiya qanununu bilməlidir;
• Mülki və mülki prossesual məcəllələri bilməlidir;
• Dövlət satınalma haqqında AR qanununu bilməlidir;
• Tenderin və kotirovkaların keçirilməsi qaydalarını tənzimləyən normativ hüquqi sənədləri ilə tanış olmalıdır;
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Word, Excel, PowerPoint və Outlook proqramlarını mükəmməl bilməlidir.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Korporativ tənzimləmə üzrə Hüquqşünas) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Telekommunikasiya şirkəti Auditor vəzifəsi üzrə işçi qəbulu elan edir.
İşin qısa təsviri:
Ərizə və şikayətlərə baxılması, departament, bölgələrdəki qovşaqlar və digər strukturlarda maliyyə, iqtisadi, hüquq, anbar, kabel təsərrüfatı və digər sahələrdə tam auditin keçirilməsi.
ƏMƏK HAQQI: 1300 – 1500 AZN (net)
Əsas vəzifə və öhdəlikləri:
1. Risklərin idarə olunmasını, əməliyyatların effektivliyinin nəzarətini, maliyyə əməliyyatlarının düzgünlüyünü və qaydalara riayət olunmasını nəzərə almaqla, tam audit dövranının icra edir;
2. Daxili auditinin həcmini müəyyən edir və illik planları tərtib edir;
3. Mühasibat hesabatlarını, sənədləri, məlumatları təhlil edir;
4. Daxili adit hesabatları tərtib edir və irəli qələn nəticələrə dair tövsiyələr verir;
5. Audit komitəsinin işçiləri əlaqələr qurur;
6. Digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərir;
7. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
1. Ali Təhsilli;
2. Daxili Audit sahəsində ən azı 3 illik əmək stajına malik olmalıdır;
3. Boyük həcmli məlumatların idarə olunması və ətrafli audit hesabatlarının tərtib etmə bacarığına malik olmalıdır;
4. Daxili audit haqqında Azərbaycan respublikasının qanunu bilməlidir;
5. Auditə dair təlimat və qaydaları mükəmməl bilməlidir;
6. Güclü analitiki düşuncəyə malik olmalıdır, detalara dəqiq və diqqətli olmalıdır;
7. Azərbaycan, dilini mükəmməl bilməlidır;
8. Stressə davamlı olmalıdır;
9. Daxili auditə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
10. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
11. Kompüter bilikləri üzrə: Word, Excel, Outlook PowerPoint, Outlook Express proqramlarını mükəmməl bilməlidir;
12. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə arzuolunandır.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Auditor) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.