Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Saatlı Rayon Mərkəzi Xəstəxanasında anbar bölməsinin müdiri
Son tarix 21 noy 2024 - [email protected]
İş yeri: Saatlı rayonu
Əmək haqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Orta ixtisas və ya ali təhsil
- Sahə üzrə 3 il iş təcrübəsi
- MS office proqramlarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
- Anbar təsərrüfatının təşkilinə aid olan normativ sənədləri bilməli
- Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilməli
İşin təsviri
- Mal-material qiymətlilərinin anbara qəbulu, buraxılması, yenidən geri alınması və onların mühafizəsi;
- Anbar sahəsindən səmərəli istifadə etmək üçün mal-materialın düzgün yerləşdirilməsi;
- Lazım olan material və inventarın təcili tapılmasının təşkili;
- Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi;
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına nəzarət edilməsi;
- Avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılması;
- Müəyyən olunmuş hesabatın tərtib edilməsi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Saatlı RMX – anbar bölmə müdiri) qeyd olunmalıdır;
- CV-lər 20.11.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi
Son tarix 21 noy 2024 [email protected]
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil
- Kompüter bilikləri: MS Office – yaxşı
- Dizayn proqramları: Adobe Ps, Ai və s. – yaxşı
- Dil bilikləri: İngilis dili - arzuolunandır
Bacarıqlara dair tələblər:
- Ünsiyyət bacarığı
- Aktiv dinləmə bacarığı
- Komanda işi
- Nəticəyönümlülük
- İntizamlılıqanda İntizamlılıq.
İşin təsviri
- Şöbənin fəaliyyət istiqaməti üzrə keçirilən layihələrə aid təqdimatların dizayn proqramlarından istifadə edilərək tələb olunan dizaynda hazırlanması
- Rəsmi yazışmaların və danışıqların həyata keçirilməsində iştirak edilməsi
- Müvafiq görüşlərin təşkil edilməsi
- Qurulan əməkdaşlıqlar üzrə proseslərin koordinasiya edilməsi
- Tapşırıqların icra statuslarının təqib edilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Korporativ əməkdaşlıq şöbəsi – mütəxəssis” qeyd olunmalıdır
- CV-lər 20 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi
Son tarix 04 dek 2024 [email protected]
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Tibb, səhiyyənin təşkili və ya iqtisadiyyat sahəsi üzrə)
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: Rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Planlama və təşkiletmə
İşin təsviri:
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək;
- TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək;
- Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq;
- Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən sığorta məbləğindən edilən kəsintilərin səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasına nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək;
- Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Sığorta işinin təşkili şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
- CV-lər 20 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Elektrik
Son tarix 04 dek 2024 [email protected]
İş yeri:
- Bakı şəhəri
Əməkhaqqı:
- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali və ya orta texniki təhsil
- Sahə üzrə 1 il iş təcrübəsi
- Sahə üzrə müvafiq sertifikat
- Texniki təhlükəsizlik qaydalarını bilməli
- Elektrik sxemlərini oxumağı bacarmalı
İşin təsviri
- İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi;
- Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi;
- Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi;
- Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi;
- İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi;
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Respublika Perinatal Mərkəz-elektrik) qeyd olunmalıdır;
- CV-lər 17.11.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Aparıcı məsləhətçi
Son tarix 04 dek 2024 [email protected]
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: Rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
- Hesabat hazırlama bacarığı
- Aktuari şəhadətnaməsinin olması arzuolunandır
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Analitik düşünmə qabiliyyəti
İşin təsviri:
- Xidmətlər Zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək;
- Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək;
- Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
- Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə və sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini dövri olaraq reviziya etmək və optimallaşdırmaq üçün tibb müəssisələrinə sorğu göndərmək;
- Tariflərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırma etmək;
- Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması, yaxud ödənişli tibbi xidmətlərin siyahıdan çıxarılması haqqında təkliflərin hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq;
- Qanunvericiliyə uyğun olaraq şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və cavablandırmaq;
- Aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı məsələlər üzrə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək;
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;