Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Mühəndis-energetik (Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına)
Son tarix 30 dek 2025 -
Mövcud iş yeri: Mingəçevir ŞMX
Əmək haqqı: Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali texniki təhsil (elektrik mühəndisliyi, energetika və s.)
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Elektrik təhlükəsizliyi üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş ən azı IV və ya V ixtisas qrupu (sənəd təqdim olunmazsa, işə qəbul zamanı imtahanın verilməsi tələb oluna bilər)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Məsuliyyətlilik
- Nəticəyönümlülük;
- İntizamlılıq
İşin təsviri:
- Xəstəxananın elektrik, istilik, su və digər mühəndis‑kommunikasiya sistemlərinin istismarının və təhlükəsizliyinin təmin edilməsi;
- Enerji istehlakının planlaşdırılması və səmərəliliyinin monitorinq edilməsi;
- Enerji sistemləri üzrə texniki xidmət və təmir işlərinin təşkili, nəzarət edilməsi;
- İşlərin sərəncam və naryad üzrə təhlükəsiz şəkildə təşkil olunması;
- Avadanlıq və sistemlərin normativ sənədlərə uyğunluğunun yoxlanılması;
- Enerji istehlakı barədə statistik məlumatların toplanması və hesabat hazırlanması;
- Enerji qənaəti və səmərəliliyi üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
- Xarici xidmət təşkilatları və podratçılarla işlərin koordinasiya edilməsi.
Müraciət qaydası:
- CV-lər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mingəçevir ŞMX – Mühəndis-energetik (enerji meneceri)” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.











