Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinə məsləhətçi
Son tarix 16 sen 2025 - [email protected]
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil (ictimai səhiyyə və ya kliniki ixtisaslar üzrə)
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
- Dil bilikləri: İngilis dili, türk dili: yaxşı (arzuolunandır)
- İnfeksion nəzarət sistemi üzrə beynəlxalq və ya yerli sertifikatların olması arzuolunandır
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
İşin təsviri:
- Daxil olan müraciətlərin araşdırılması və müvafiq cavabların hazırlanması;
- Tibb müəssisələrindən statistik məlumatların toplanılması və hesabatların hazırlanması;
- Səhiyyə xidməti ilə əlaqəli epidemioloji nəzarət sisteminin təşkil edilməsi;
- Tibb müəssisələrinin sanitar-epidemioloji norma və qaydalara uyğunluğunun qiymətləndirilməsi;
- Struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların alınması;
- Təlimat, qayda və prosedur sənədlərinin hazırlanmasında iştirak;
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsi - məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.