Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Layihələrin idarəolunması şöbəsinə məsləhətçi
Son tarix 12 yan 2025 - [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat
- Sahə üzrə 2 il iş təcrübəsi
- Dil bilikləri: Rus və İngilis dili (arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Kommunikasiya
- Məsuliyyətlilik
- Nizam – intizamlılıq
- Nəticəyönümlülük
- Təşkilatçılıq bacarıqları
İşin təsviri:
- Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
- Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək;
- Layihələrdə resursların istifadəsinə nəzarət etmək;
- Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
- Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
- Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- TƏBİB-in strateji planına uyğun olaraq digər struktur bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
- İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV-lər elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi – məsləhətçi” qeyd olunmalıdır;
- CV-lər 12 yanvar, 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.