Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Data analitika şöbəsinə böyük məsləhətçi
Son tarix 21 iyl 2024 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (texniki ixtisaslar üzrə)
- Sahə üzrə 3 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- SQL, Python, R üzrə biliklərin olması arzuolunandır
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Analitik düşünmə qabiliyyəti
- Problemi təhlil etmə bacarığı
- Komandada işləmə bacarığı
- Nəticəyönümlülük
- Ünsiyyət qabiliyyəti
- Stressə davamlılıq
- Təqdimat bacarığı
- Məsuliyyətlilik
- Dəqiqlik İntizamlılıq.
İşin təsviri:
- Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi;
- Statistik və analitik hesabatların hazırlanması;
- Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
- Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
- Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
- Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
- Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması;
- Texniki və funksional arayışların hazırlanması;
- Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “Data analitika şöbəsi - böyük məsləhətçi” qeyd olunmalıdır
- CV-lər 20 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinə aparıcı məsləhətçi
Son tarix 11 iyl 2024 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (insan resursları, idarəetmə və ya iqtisadi ixtisaslar üzrə bakalavr və ya maqistr dərəcəsi)
- Performansın idarə edilməsi üzrə 3 il iş təcrübəsi
- MS Office proqramlarında işləmək bacarığı
- Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
- Beynəlxalq sertifikatların (SHRM – CP/SCP və ya HRCI – SPHRi) olması üstünlükdür
Bacarıqlara dair tələblər:
- Analitik düşünmə
- Ünsiyyət bacarığı
- Təqdimat bacarığı
İşin təsviri:
- Performans qiymətləndirilməsi ilə bağlı Əsas Faəliyyət Göstəricilərinin (ƏFG/KPI), səriştələrin ölçülməsinə nəzarət edilməsi
- Struktur bölmələr üzrə ƏFG-ni təyin etmək üçün fərdi, komanda və təşkilati inkişafa dəstək göstərilməsi
- Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirövrü müşahidələr, performans nəticələrinin izlənilməsi, ƏFG nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması
- Geribildirim mexanizmləri daxil olmaqla fəaliyyətin qiymətləndirilməsi proseslərinin layihələndirilməsi və icra edilməsi
- Müəyyən edilmiş hədəflərin illik qiymətləndirilməsi və performans nəticələrinin idarəedilməsi üzrə görüşlərin təşkil edilməsi, performansın idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixlərinin müvafiq formada kommunikasiya edilməsi
- Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması, struktur bölmələrdən daxil olan sualların cavablandırılması
- Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarının tərtib edilməsi
- İşçi heyətin öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının (FİP) hazırlanmasına dəstək göstərilməsi
- Davamçıların, yüksək potensiallı işçilərin müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi
- Performansın idarə edilməsi, qiymətləndirilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “Aparıcı məsləhətçi (Performansın idarə edilməsi üzrə)” qeyd olunmalıdır
- CV-lər 10 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
SƏTƏM şöbəsinə baş məsləhətçi
Son tarix 09 iyl 2024 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (texniki və ya tibbi ixtisaslar üzrə)
- Sahə üzrə 5 il iş təcrübəsi
- MS Office proqramlarında işləmək bacarığı
- Sahə üzrə müvafiq sertifikat (yerli və ya beynəlxalq)
- Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
- Sahə üzrə müvafiq qanunlar və digər hüquqi normativ sənədlər
Bacarıqlara dair tələblər:
- Məsuliyyət
- Vaxtın idarəedilməsi
- Təşəbbüskarlıq
- Detallara diqqət
- Keyfiyyətin tətbiqi
İşin təsviri:
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təşkil edilməsi
- Yanğın təhlükəsizliyi və mülki müdafiə işinin təşkil edilməsi
- Tibbi tullantıların idarə edilməsi işinin təşkilində iştirak edilməsi
- Əməyin mühafizəsi üzrə təlimlərin keçirilməsi və biliklərin qiymətləndirilməsinin təşkil edilməsi
- Dövri inpeksiyaların keçirilməsinin təşkil edilməsi
- SƏTƏM işinin yerli və beynəlxalq normativ aktlara uyğunlaşdırılması
- Tabeli tibb müəssisələrindən daxil olan sorğuların təhlili və cavablandırılmasının təşkil edilməsi
- Tabeli tibb müəssisələrində görülən işlərə nəzarət edilməsi
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun sənəd dövriyyəsi işinin təşkil edilməsi(hesabatlar, təlimatlar, rəsmi yazışmalar və s.)
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “SƏTƏM şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır
- CV-lər 8 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Mühasibatlıq şöbəsinə böyük məsləhətçi
Son tarix 06 iyl 2024 - [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
- Sahə üzrə 4 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- ACCA FR sertifikatı
- PMS arzuolunandır
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Komanda işi
- Hesablama və riyazi bacarıqlar
- Nəticəyönümlülük
- Məsuliyyətlilik
- İntizamlılıqanda İntizamlılıq.
İşin təsviri:
- Əsas vəsaitlərin reyestrinin aparılması, amortizasiyanın hesablanması
- Anbar hesabatının hazırlanması, mal qalıqlarının düzgün uçotun aparılması və nəzarət edilməsi
- Kreditor və debitorlarla üzləşmələrin aparılması
- Qəbul edilmiş sənədlərin tərtib edilməsinin tamlığını, düzgünlüyünü, qanuniliyini yoxlayır və mühasibat sənədlərinin proqram təminatına işlənməsinə iştirak və nəzarət edilməsi
- Hər gün analitik uçot üzrə əməliyyatların qeydə alınması
- İşçilər və təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunun aparılması
- Ezamiyyə avans hesabatlarının hazırlanması, qəbul edilməsi, yoxlanılması
- e-taxes.gov.az saytında daxil olan məktubların izlənilməsi, e-qaimənin izlənilməsi, daxil olan qaimələr üzrə öhdəliklərin araşdırılması, sənədlərinin tələb edilməsi
- Kameral vergi yoxlaması üzrə uyğunsuzluqlara cavabların yazılması
- Vergi, statistika, məşğulluq və DSMF hesabatlarının hazırlanması və göndərilməsi
- Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “Mühasibatlıq şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır
- CV-lər 5 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Elektrik
Son tarix 12 iyl 2024 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali və ya orta texniki təhsil (elektrik ixtisası üzrə)
- Sahə üzrə 3 il iş təcrübəsi
- Sahə üzrə müvafiq sertifikat
- Texniki təhlükəsizlik qaydalarını bilməli
- Elektrik sxemlərini oxumağı bacarmalı
İşin təsviri:
- İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi
- Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi
- Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi
- Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi
- İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV və sertifikat e-mail ünvanına göndərilməlidir
- Mövzu sətrində “Elektrik” qeyd olunmalıdır
- CV-lər 11 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir