Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Hüquqşünas
Son tarix 11 noy 2023 [email protected]
Mövcüd iş yerləri:
- Ağstafa Rayon Mərkəzi Xəstəxanası
- Balakən Rayon Mərkəzi Xəstəxanası
- Xocalı Rayon Mərkəzi Xəstəxanası (Goranboy rayonu)
- Siyəzən Rayon Mərkəzi Xəstəxanası
- Ağsu Rayon Mərkəzi Xəstəxanası
- Astara Rayon Mərkəzi Xəstəxanası
- Qax Rayon Mərkəzi Xəstəxanası
- Şəmkir Rayon Mərkəzi Xəstəxanası
Əməkhaqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali hüquq təhsili (hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə)
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə
- Analitik araşdırma
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Nəticəyönümlülük
İşin təsviri:
- Tibb müəssisəsinə daxil olmuş normativ hüquqi aktların və digər sənədlərin, beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Tibb müəssisəsinin digər struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi ekspertizasının həyata keçirilməsi və onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Tibb müəssisəsinin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
- Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
- Tibb müəssisəsinin fəaliyyətini tənzimləyən daxili qaydaların, təlimatların və digər normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələr tərəfindən hazırlanan ilkin layihələrin və qəbul edilmiş sənədlərin təhlil edilməsi, onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
- Tibb müəssisəsinin normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Tibb müəssisəsinin digər struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayışların və rəylərin hazırlanması;
- Hüquqi məsələlərlə bağlı tibb müəssisəsinin təmsil edilməsi;
- Tibb müəssisəsinin iştirak etdiyi məhkəmə proseslərində tibb müəssisəsini iddiaçı və cavabdeh qismində, eləcə də digər prosessual statusda təmsil etmək, hüquq və qanuni mənafelərinin müdafiə edilməsi, bununla əlaqədar məhkəmə sənədlərinin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasının təmin edilməsi;
- Hüquqi məsələlərlə bağlı dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə tibb müəssisəsinin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsi;
- Tibb müəssisəsinin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasının təmin edilməsi;
- Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbir görülməsinin təmin edilməsi;
- Tibb müəssisəsinin fəaliyyəti ilə bağlı əmr və sərəncam layihələrinin hazırlanması;
- Tibb müəssisəsinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayış və rəylərin hazırlanması;
- Tibb müəssisəsinin fəaliyyəti ilə bağlı müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;
- Əməkdaşlara tibb müəssisəsinin səlahiyyətləri, fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlərin verilməsi və tibb müəssisəsinin fəaliyyətini tənzimləyən yeni qəbul edilmiş hüquqi aktlar barədə onların məlumatlandırılması;
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 10.11.2023
CV-lər e-mail ünvanına göndərilməlidir;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerində çalışmaq istədiyi müəssisənin adını və vəzifəni (məsələn, “Suraxanı Tibb Mərkəzi-Hüquqşünas”) qeyd edərək göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.