Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Hüquqşünas
Son tarix 20 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Xidmətin bütün növ müqavilələrinin hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Xidmətin iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini təmin etmək;
- Xidmətin fəaliyyətinə dair qaydaların, əsasnamələrinin hazırlanmasını təmin etmək;
- Yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
- Məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda Xidmətin mənafeyinin etibarlı müdafiəsini və sənədləşməsini təmin edir;
- Hüquqi mübahisələr üzrə Xidməti məhkəmələrdə təmsil edir;
- Xidmətin direktorunun dərkənarına uyğun olaraq daxil olmuş müraciətləri araşdırır və nəticəsini aidiyyəti üzrə təqdim edir;
- Görmüş olduğu işlərə dair tələb olunan hesabatları hazırlayaraq, İdarənin və Xidmətin rəhbərləyinə təqdim edir;
- Xidmətin işçi və işəgötürən arasında mövcud olan münasibətlərinin hüquqi tənzimlənməsini, o cümlədən Xidmətin tərəf olduğu müqavilələrə hüquqi rəyin verilməsini və ya müqavilə layihələrinin hazırlanmasını təmin edir;
- Təklifləri təhlil edir, işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və xidmətin siyasətinə uyğunluğunu təmin edir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali hüquq təhsili;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, (İngilis dili arzu olunandır);
- Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
- Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
- Mülki, mülki prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyi
nibilməlidir; - Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
- Kompüter bilikləri üzrə: MS Office;
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
Son müraciət tarixi: 19.03.2024
Liftçi
Son tarix 20 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Qaldırıcı cihazları quraşdırmaq və idarə etmək;
- Liftçi ona həvalə edilmiş liftlərə ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli və onların istismarı zamanı aşkar olunmuş nöqsanları təmir etməklə aradan qaldırmalı;
- Dəqiq metodiki standartlara müvafiq olaraq lifti montaj etmək və ya hissələrə ayırmaq;
- Təlimat kitabçalarına və göstərişlərə uyğun olaraq liftləri təmizləmək və saz vəziyyətdə saxlamaq;
- Sistemdə yaranan nasazlıqları aradan qaldırmaq;
Vəzifəyə dair tələblər:
- Təhsil: Müvafiq sahə üzrə texniki təhsil
- Dil bilikləri: Azərbaycan dili;
- Məsuliyyətli və dəqiq olmalı;
- Yüksək səviyyədə şəxsi intizamlı (punktual və verilən zaman kəsiyində işi yerinə yetirmək bacarığı)
- "Lift Qurğularının Təhlükəsiz İstismar Qaydaları" tələblərinə əməl etməli;
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
Son müraciət tarixi: 19.03.2024
Mütəxəssis (montyor)
Son tarix 20 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik və gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının çeşidlərini, elektrik sxemlərini, düzgünlüyünü yoxlamaq, üsullarını və qaydalarını bilməli;
- Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsi metodları; elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət qaydalarını bilməli;
- Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsullarını bilməli;
- Birxəttli elektrik diaqramlarının tərtib edilməsi, oxumaq qabiliyyəti olmalı və digər texniki sənədlərin tərtib edilməsi qaydalarını bilməli;
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsini bilməli;
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etməli;
- Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılmasını bilməli;
- Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsini bilməli;
- İlk yardım qaydalarını bilməli;
- İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməli;
- Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etməli;
- Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏMM qaydalarına ciddi riayət etməli;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlamalı.
Vəzifəyə dair tələblər:
- Təhsil: Orta-ixtisas təhsili Müvafiq sahə üzrə;
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan dili;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Əməyin sağlamlığı və təhlükəsizliyi sistemini bilməli;
- Texnoloji avadanlıq-qurğuların sökülməsini bilməli;
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı.
Son müraciət tarixi: 19.03.2024.
Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsində Aparıcı mütəxəssis
Son tarix 20 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- İdarəni ictimai yerlərdə müsbət şəkildə təşviq etmək məqsədi ilə təbliğat və təşviqat proqramlarının həyata keçirilməsində iştirak etmək;
- İdarənin internet saytı üçün informasiyanı işləmək və hazırlamaq;
- Kütləvi informasiya vasitələrində dərc ediləcək mətnləri hazırlamaq;
- İdarəyə daxil olmuş informasiya sorğularına müvafiq strukturların iştirakı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmasını təmin etmək;
- Şuşaya təşrif buyuran (rəsmi xətlə) əcnəbi qonaqların qarşılanması, müşaiyət olunması və məlumatlandırılmasınında iştirak etmək;
- İş fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin qorunmasını təmin etmək;
- Beynəlxalq və yerli tədbirlərin təşkil edilməsində iştirak etmək;
- PR mütəxəssislərinin və ya marketinq rəhbərlərinin köməyi ilə tədbiri ənənəvi və ya rəqəmsal şəkildə təşkil etmək üçün tədbir təlimatlarının, biletlərin, broşürlərin və hər hansı digər marketinq fəaliyyətlərinin ərsəyə gətirilməsi işində şöbə müdirinin təlimatlarını yerinə yetirmək;
- Qurumun fəaliyyət istiqamətləri üzrə xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə iştirak etmək, yazışmaları aparmaq, tərcümələr etmək;
- Vizaların alınması və dəvət məktublarının hazırlanması işində şöbə müdirinin təlimatlarını yerinə yetirmək;
- İdarənin digər struktur vahidləri ilə qarşılıqlı əlaqənin qurulmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr sahəsində ən az 3 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir.
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 19.03.2023
Baş mühəndis
Son tarix 20 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Qurumun texniki siyasətini, inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak edir;
- Tikinti layihələri üçün plan, smeta və qrafiklərin düzgün tərtib edilməsini həyata keçirir, onların fəaliyyətinə nəzarət edir;
- Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə düzgün koordinasiyasını təşkil edir;
- Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər görür;
- Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan, qrafik əsasında həyata keçirilməsini təmin edir;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- Elmi-texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir;
- Tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına rəhbərliyi həyata keçirir;
- Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasına rəhbərlik edir;
- Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
- Tənzimləmə orqanları ilə əməkdaşlıqda iştirak edir;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik edir;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasının təmin edilməsində iştirak edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik edir;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesinə rəhbərlik edir;
- Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
- Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünün aparılmasına və qrafik tərtib edilməsinə rəhbərlik edir:
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmlərinin həyata keçirilməsinə rəhbərlik edir;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsində iştirak edir;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
- Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır.
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali təhsil (inşaat mühəndisi, mülki tikinti mühəndisliyi, mülki və sənaye tikintisi mühəndisliyi)
- Kompüter bilikləri: MS Office proqramları, Autocad
- Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur.
- Analitik düşüncə bacarığı olmalı;
- Ünsiyyətcil olmalı və komandada işləməyi bacarmalı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalıdır;
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı.
Son müraciət tarixi: 19.03.2024
Nasos qurğularının maşinisti
Son tarix 21 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- İşə buraxılmadan əvvəl kompressorun bütün qurğu və avadanlıqlarına baxışın keçirilməsi və onların bütövlüyünü, sazlığını, texniki tələblərə uyğunluğunu yoxlamaq;
- İdarəetmə sistemində siqnalların mövcudluğunu yoxlamaq, kompressor avadanlıqlarının tam dəst halında olmasını, boru birləşmələrinin bütövlüyünü yoxlamaq;
- Aşkar edilmiş nasazlıq və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işləri yerinə yetirmək;
- Kompressor qurğu və avadanlıqlarının işlək vəziyyətə gətirilməsi üzrə işləri yerinə yetirmək;
- Texnoloji xəritəyə uyğun olaraq, pnevmatik və əllə idarə olunan siyirtmə və kranları lazımi vəziyyətə gətirmək;
- Kompessor qurğu və avadanlıqlarının hava, yanacaq, start, hava kipkəc və qaz kipkəc klapanlarının alqoritmə uyğun olaraq açıq və ya bağlı olmasını yoxlamaq;
- İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlamaq;
- İş prosesi zamanı əməyin mühafizəsi qaydalarına, tullantıların idarəedilməsi proseduruna əməl etmək;
- Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək;
- Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparmaq;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlamaq.
Vəzifəyə dair tələblər:
- Təhsil: Orta-ixtisas təhsili Müvafiq sahə üzrə;
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan dili;
- Analitik düşüncə bacarığı olmalı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Əməyin sağlamlığı və təhlükəsizliyi sistemini bilməli;
- Ətraf mühitin idarə edilməsi sistemini bilməli;
- Fəaliyyətini tənzimləyən normativ sənədləri bilməli;
Son müraciət tarixi: 19.03.2024