Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Monitorinq üzrə mütəxəssis
Son tarix 13 apr 2023 [email protected]
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Ümumi vəzifə öhdəlikləri:
- Abidələrin vəziyyəti üzərində nəzarətin təmin edilməsi;
- Abidələrdə baş vermiş dəyişikliklərin, o cümlədən təbii aşınmanın aşkarlanması;
- Abidənin texniki vəziyyətinin təhlili;
- Abidələrə təhlükə yaradan risk faktorlarının müəyyən edilməsi və onların abidələrə təsirinin qiymətləndirilməsi, risk altında olan abidələrin vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması;
- Mühafizə məqsədilə abidələrə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələrinin tətbiq edilməsi və ya mühafizə dərəcəsinin dəyişdirilməsi zərurətini müəyyən etmək;
- Abidələrə zərər vurulması aşkar olunduqda və ya abidələrə təhdidlər barədə məlumat əldə edildikdə, müvafiq tədbirlərin görülməsini müəyyən etmək;
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”-na uyğun fəaliyyət göstərmək;
- Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
- İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4).
Namizədə qarşı tələblər:
- Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
- Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
- Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 3 il iş təcrübəsi;
- Konstruksiyalar haqqında risk faktorlarının müəyyən edilməsi üçün yüksək səviyyədə biliklər;
- Memarlıq abidələrinin texniki vəziyyətinin diaqnostika etmək bacarığı;
- Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Təqdimat və ünsiyyət bacarığı;
- Şuşa şəhərində işləmək imkanının olması.
Əmək haqqı : 2635 AZN.
Smeta mühəndisi
Son tarix 13 apr 2023 [email protected]
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD, proqramını yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı : 2786 AZN
Tarixi memarlıq üzrə mütəxəssis
Son tarix 13 apr 2023 [email protected]
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Ümumi vəzifə öhdəlikləri:
- Şuşa şəhərində bərpa olunan abidələr üçün xarici şirkətlər tərəfindən təklif olunan konseptlərin professional təhlili, şəhərin mühitinə uyğun olub olmamasının müəyyən edilməsi;
- Şuşa şəhərində bərpa olunan abidələr üçün konseptual və funksionallaşma üzrə təkliflərin hazırlanması;
- Şuşa şəhərinin abidələrinin daimi və mütəmadi monitorinqi və mühafizəsi;
- Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
- İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4);
- Şuşa şəhərinin imicinin formalaşması uğrunda müxtəlif qrafik işlərin görülməsi (tabloların, loqoların, plakatların dizaynları üzrə təkliflər).
Namizədə qarşı tələblər:
- Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
- Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
- Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 1 il praktiki təcrübə;
- Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop, Adobe İllustrator və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Təqdimat və ünsiyyət bacarığı;
- Şuşa şəhərində işləmək imkanının olması.
Əmək haqqı : 2635 AZN
İnşaat mühəndisi
Son tarix 13 apr 2023 [email protected]
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin aparılması;
- Monitoring planın hazırlanması
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
- Tikinti obyektlərində əməyin mühafizəsi və təhlükəsizlik üzrə işlərinin həyata keçirilməsinə nəzarət;
- Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD,Lira proqramları yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı : 2786 AZN.
Sahə rəisi
Son tarix 13 apr 2023 [email protected]
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Vəzifə öhdəlikləri:
- Qüvvədə olan tikinti normativ sənədlərini əsasında işlərin təşkil edilməsi.
- Tikinti ərazisi üzrə işlərin təşkil olunması
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
- Texnoloji intizama nəzarət etmək, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
- Təcrübə: Layəhələndirmə işləri üzrə minimum 2 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD, Lira proqramları yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: 2786 AZN.
Videoqraf
Son tarix 23 mar 2023 [email protected]
Şuşa şəhəri qeydiyyatında olan namizədlərə üstünlük veriləcək.
Vakansiya üzrə seçim meyarları:
- Fotoqraf və videoqraf sahəsində 3 il iş təcrübəsi
- Video, montaj və peşəkar fotolar çekmə təcrübəsi
- Müvafiq iş üzrə sertifikatlar
- Çəkiliş üçün ilkin dönəmdə avadanlığı olmalı
- Veriləcək qeydlər və materiallar əsasında video-çarxlar çəkməli, posterlər hazırlamalı
Bacarmalıdır:
- Xəbərlər formatında işləmək
- Yaradıcı mühitdə işləmək
- Müstəqil çəkilişlər etmək , maraqlı təkliflər irəli sürmək
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
Əmək haqqı - 2300 AZN + illik mükafatlar və qiymətləndirmə əsasında bonuslar.
Hüquqşünas
Son tarix 07 apr 2023 [email protected]
Əmək funksiyaları:
- Şirkətə daxil olmuş müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının yoxlanılması, həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- İdarənin fəaliyyətindən irəli gələn və ya onunla bağlı olan hüquqi məsələlərə dair yazılı və ya şifahi hüquqi rəylərin təqdim edilməsi;
- İdarənin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
- Müqavilələrin, nizamnamələrin, əmrlərin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
- Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələrinin təhlil edilməsi.
Vəzifənin tutulması şərtləri:
- Ali hüquq təhsili;
- İş stajı: azı 3 il iş stajı;
- Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilik bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.
Memar/İnşaat mühəndisi
Son tarix 07 apr 2023 [email protected]
Əmək funksiyaları:
- İşçi layihənin hazırlanması;
- Tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması;
- Memarlıq layihələri, eskiz, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilməsi;
- Memarlıq layihələrinin təhlil edilməsi;
- Layihələrin icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması və təzələnmiş məlumatları əldə etmək üçün digər struktur bölmələrlə və qurumlarla əməkdaşlıq edilməsi;
- Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək.
Vəzifənin tutulması şərtləri:
- Təhsil : Memarlıq; İnşaat mühəndisliyi; Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
- İş stajı : azı 2 il müvafiq sahədə
- Kompüter biliklərinə dair tələblər : Microsoft Office, Autocad, Archicad, 3D Max, GİS
- Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili – B1 səviyyəsində
- Yaradıcı düşüncə qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı.
Bilməlidir:
- tikinti norma və qaydalarını;
- tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini.
İş barədə məlumat:
- İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.
İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi
Son tarix 07 apr 2023 [email protected]
İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər)
Vəzifə funksiyaları:
- Rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, yüksək səviyyədə yerinə yetirmək;
- Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak etmək;
- İctimaiyyəti təşkilatın fəaliyyəti ilə əlaqədar operativ və mütəmadi məlumatlandırmaq;
- Press-relizlər, tezislər, müsahibələr, çıxışlar, məlumatlar və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak etmək;
- Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, maraqlı və lokanik hazırlanmasında iştirak etmək;
- Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmə işlərini görmək;
- Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak etmək;
- KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparmaq.
Vəzifənin tutulması şərtləri:
- Ali təhsil: Humanitar və sosial, Marketing, İctimaiyyətlə əlaqələr (PR), Beynəlxalq münasibətlər;
- İş stajı: azı 3 il (sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı);
- Kompüter biliklərinə dair tələblər: MS Office və dizayn proqramları (Adobe Photoshop, Premier);
- Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili - A2 səviyyəsində