Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Ümumi şöbədə kargüzar
Son tarix 21 noy 2024 - [email protected]
Son müraciət tarixi: 20.11.2024
Vəzifə öhdəlikləri:
- İdarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin kargüzarlıq işlərini aparmaq;
- Daxil olan sənədlərin qəbulunu, elektron qaydada qeydiyyatını aparmaq, sənədlərin surətlərini çoxaltmaq və aidiyyəti üzrə çatdırmaq, eləcə də elektron qaydada qeydiyyatı mümkün olmayan qoşma, kitab, broşür və s. kimi daxilolmaları İdarənin aidiyyatı struktur bölmələrinə təhvil vermək;
- İdarəyə daxil olan və çıxan bütün korrespondensiyanın qeydiyyatını, uçotunu aparmaq, elektronlaşdırmaq, vaxtında müvafiq ünvanlara çatdırmaq;
- İdarənin təşkilati-sərəncamverici sənədlərinin həmçinin müqavilələrin qeydiyyatını, hesabatını və uçotunu aparmaq;
- Vizaların alınması və dəvət məktublarının hazırlanması işini yerinə yetirmək;
- İcra olunmuş sənədləri ünvanlarına yola salmaq;
- Cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək;
- Kargüzarlıqda başa çatmış sənədli materialları İdarənin arxivinə təhvil vermək;
- Xidməti sənədlərin mühafizəsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali humanitar təhsili;
- Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;
- Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatı bilməlidir;
- «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununu bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
- Kompüter bilikləri üzrə: MS Office.
- İş təcrübəsi: uyğun sahədə iş təcrübəsi;