Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
İT mütəxəssis
Son tarix 16 may 2024 - [email protected]
Son müraciət tarixi: 15.05.2024
Vəzifə öhdəlikləri:
- İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunması;
- Kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsi;
- Keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsi;
- İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması üçün texniki tapşırıqları yazmaq;
- Müşahidə kameraları, turniket kimi avadanlıqların quraşdırılması, onlara nəzarət edilməsi, texniki xidmət göstərilməsi, əldə edilən məlumatların oxunması;
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (rabitə və informasiya texnologiyaları sahəsində);
- Ünsiyyətcil olmaq;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Gərgin iş rejimində işləmək bacarığı