Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Sahə rəisi / mühəndis
Son tarix 27 iyn 2025 - [email protected]
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Şöbə: Ərazinin inkişafı və əmlakın idarə olunması
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalının vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edilməsinə nəzarət etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək şöbə rəhbərinə bildirmək və onlardan səmərəli istifadə olunmasını təmin etmək;
- Obyektlərin inşası üçün şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil etmək;
- Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlamaq;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və rəhbərliyə təqdim etmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələri və tikinti müəssisəsinin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən etmək;
- Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikinin tələblərini müəyyən etmək;
- Problemləri aradan qaldırnaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;
- Rəhbərliyin tapşırığı ilə öz vəzifə səlahiyyətləri çərçivəsində digər işləri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (mülki tikinti, inşaat mühəndisliyi ixtisasları üzrə)
- Müvafiq sahə üzrə 3 (üç) il iş təcübəsi;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD proqramı ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
- Lira Sapr, Lira 9.6 proqramları ilə yüksək səviyyədə işləmə qabiliyyəti:
- Dövlət tikinti norma və qaydalarını (AzDTN) yüksək səviyyədə bilməli:
- Tikintiyə aid sənədləri yüksək səviyyədə bilməli;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı:
- Proqram təminatı bilikləri yüksək səviyyədə olmalı:
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
İş yeri: Şuşa şəhəri.
Əmək haqqı: yüksəkdir
Namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur: