Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Beynəlxalq münasibətlər üzrə mütəxəssis
Son tarix 07 may 2023 - [email protected]
Vəzifəyə dair tələblər:
- Şuşa şəhər qeydiyyatı;
- Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil
- İş stajı 3 il
- Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-əla, rus dili yaxşı. (digər dilləri bilən namizədlərə üstünlük verilir);
Vəzifə öhdəlikləri:
- Qurumun beynəlxalq əlaqələrini inkişaf etdirmək məqsədilə digər ölkələrin müvafiq qurumları ilə aidiyyəti sahədə əməkdaşlıq yaratmaq və inkişaf etdirmək;
- Qurumun fəaliyyət istiqamətləri üzrə beynəlxalq ikitərəfli müqavilələrin, o cümlədən saziş, anlaşma memorandumu, niyyət protokolu və s. hazırlanmasına nəzarət etmək, həmçinin, bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə iştirak etmək;
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində quruma daxil olan və qurumdan göndərilən yazışmaların xarici dillərə tərcüməsini təşkil etmək;
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurumun rəhbərlərinin (və onları müşayiət edən şəxslərin) xarici ölkə səfərlərini təşkil etmək və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsində rəhbərliyə hesabat vermək;
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində Qurumun əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək və səfərin nəticələrinə dair hesabatları struktur bölmələrindən tələb etmək;
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən dəvət edilən xarici ölkə nümayəndələrinin ölkə daxili səfərlərini təşkil etmək;
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;
Əmək haqqı 1170 AZN